​Ermənistan bu cür “inkişaf edir” – Xaçaturyan

İllik xərcləmələrdə biz daha çox borc götürüb, az iqtisadi artım təmin edib, yekunda ictimaiyyətə iqtisadi artımımızın olduğunu deyirik.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında erməni iqtisadçı Vilen Xaçaturyan söyləyib.
 “2017-ci ildə dövlət borcu 6,813 milyard dollara çatıb. Bunun tərkibinə həm daxili, həm də xarici borc daxildir. 2018-ci ildə dövlət borcunun 7,209 milyard dollara çatacağı gözlənilir. Bizim heç vaxt bu qədər borcumuz olmayıb. Defisit və daxili borcun artmasına banklar da öz təsirini göstərirlər. Onlar büdcə hesabına faiz gəlirləri əldə edirlər. Emiqrasiya ucbatından dövlət borcunun yükü artır. Belə ki, ölkəni tərk edən hər bir şəxsin üzərinə düşən borc öhdəliyinin ölkədə qalanların üzərində qalması gələcəkdə artım üçün ciddi problemlər yaradacaq. Bəs Ermənistan hökuməti iqtisadi artımı necə təmin edir? Biz sadəcə olaraq böyük həcmdə borclar götürür və investisiya kimi qəbul edirik. Avrobondların ödənilməsi zamanı gələndə biz ciddi problemlərlə üzləşəcəyik. İndiki dövrdə biz illik təxminən 1 milyard dollar ödəməliyik, amma bizim belə imkanımız yoxdur. Nəticədə bu borcları yeniləməli, geri qaytarılma müddətini uzatmalı, faiz dərəcəsini və sairə yüksəltməli olacağıq. İqtisadi planda bu, yaxşı heç nə vəd etmir”, – deyə o bildirib.