​Erməninin Bakıya gətirilməsinə SƏRT REAKSİYA – QAT bəyanat yaydı

Baxış sayı:
4915

Qarabağ Azadlıq Təşkilatı (QAT) Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən toplantısına Ermənistan nümayəndəsinin dəvət olunmasına qarşı bəyanat verib.
Bəyanatda göstərilir: “Mətbuatda gedən məlumatlara görə, işğalçı Ermənistanın xarici işlər nazirliyinin nümayəndəsi Aşot Koçaryan Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında iştirak üçün Bakıya gəlib. Biz işğalçı ölkənin nümayəndəsinin Bakıya gətirilməsini sərt şəkildə qınayırıq. Bu, Azərbaycan hakimiyyətinin işğalçı Ermənistan qarşısında təslimçilik mövqeyi kimi dəyərləndirilməlidir. Azərbaycan hakimiyyəti bununla təslimçi və rüsvayçı mövqe tutduğunu nümayiş etdirir. Bir daha bəyan edirik ki, işğalçı ölkənin nümayəndəsinin Bakıda tədbirə qatılması yolverilməzdir. Erməni nümayəndə dərhal paytaxtımızı tərk edib, rədd olub getməlidir.


Muxalifet.az