"ERMƏNİLƏRİ DAYANDIRIN!" - Ruslar Putinə çağırış etdi

Ermənilər, o cümlədən Rusiyanın erməni diasporu ruslar üzərində növbəti qələbəni qeyd edir. Erməni mətbuatı Rusiyanın “Nezavisimaya qazeta”nın redaktorunun müavinləri Andrey Riskin və Arkadi Xantseviçin vəzifələrindən azad edildiyi barədə məlumat yaymışdı.
Muxalifet.az bu barədə "gradator.ru" saytına istinadla bildirir.
Onların işdən çıxarılması bu qəzetdə Sumqayıt hadisələri ilə əlaqəli məqalənin dərc olunması, bu faciənin əsl səbəblərini açılması ilə əlaqədardır.
Məqalədə ermənilərlə bağlı təhqiramiz ifadələr yer almayıb, sadəcə bu hadisələrə fərqli tərzdə nəzərdən keçirilib, bu hadisələrdən əvvəl gedən proseslər açıqlanıb və bu yanaşma peşəkar jurnalistikanın meyarlarına tam cavab verir - bütün tərəflərin mövqelərini təqdim etmək. Ancaq ermənilərdən danışılması Rusiyada mümkünsüz olub.
Demək olar ki, üç onillikdə ilk dəfə rus mediasında fərqli versiyada, Sumqayıt hadisələri ilə bağlı fərqli tərzdə, xüsusən də rusların ağlını qaranlığa gömən uydurma erməni versiyaları əsasında deyil, SSRİ KQB-nin sənədlərinə əsaslanaraq bir yazı nəşr olundu.
Ümumiyyətlə, həmin illərdə Azərbaycan bütövlükdə erməni lobbisinin, Qorbaçov tərəfindən dəstəklənən Ermənistanın informasiya blokadasında idi.
Ermənilər hələ də Rusiya mediyasını idarə edirlər, lakin hazırda rus mediyasında ermənilərin mövcudluğu və ictimai-siyasi proseslərə təsiri Rusiyada kritik həddə çatıb.
Bu vəziyyətdə "Gradator" münaqişə tərəflərinin heç birinin - nə Ermənistanın, nə də Azərbaycanın mövqeyini qəbul etmir, yalnız rusların öz mövqelərinə sahib çıxmaq hüquqlarını müdafiə etməyə və erməni lobbisinin fikirləri ruslarınki ilə üst-üstə düşmədiyi məqamlarda ermənilər tərəfindən kütləvi hücumlara, təcavüz və cəzalara məruz qalmamağa çalışır.
Bildiyiniz kimi, bütün dünya erməniləri, xüsusən də Rusiyadakı erməni lobbisi bu məqalə dərc olunandan sonra dünya miqyasında vay-şivən qaldırdılar. Və erməni qisas və cəza maşını işə düşdü.
Ermənistanın Rusiyadakı səfiri Vardan Toganyan dərhal Rusiya Federasiyasının Baş Prokurorluğuna getdi, iddia qaldırmaqla hədələdi, ümumiyyətlə, erməni təsirinin bütün mexanizmləri işə salındı.
Bundan sonra məqalə “Nezavisimaya Gazeta” veb saytından çıxarıldı, ancaq ermənilərin «edam çiğirtıları” və fəryadları bununla bitmədi. Bu hekayənin bütün "günahkarlarının" axırına çıxmağa qərar verdilər ki, bir də heç kim tərəfindən təkrarlanmasın. Ermənilərə qarşı çıxanların hamısı işdən qovulur, karyera imkanları əngəllənir, təqib olunur və cəzalandırılır.
Ermənilər ekspertlər Yevgeni Mixaylovu, Oleq Kuznetsovu məhkəmələrdə sürüdülər, Aleksandr Proxanov, Aleksandr Dugin, Maksim Şevçenko, Veronika Kraşeninnikovu təqib etdilər, Mixail Leontyevi üzr istəməyə məcbur etdilər, faşist Njdenin abidəsini boyayan deputat Dmitri Savelyovu repressiyalarla təhdid etdilər. İndi isə hüquqşünas Yelena Rodinanı, sosial şəbəkələrdə verdiyi şərhlər üçün, “Nezavisimaya Gazeta”nın redaktorlarını təqib edirlər, maraqlarına təsir edən rus saytlarına haker hücumları təşkil edir, Rusiyada nasist simvolları yayırlar ...
Məmurlarımıza rüşvət verirlər, şəhərlərimizi ələ keçirirlər, başqa dövlətlərdə bizi ləkələyərək üz-üzə qoyurlar, televiziyalarımızın, kinomuzun simasını dəyişirlər, onların idarə etdiyi KİV-lər Rusiyanın xaricdə imicinə xələl gətirirlər ... Bu siyahı sonsuzdur ...
Bizə elə gəlir ki, Rusiya artıq yoxdur... Bizə elə gəlir ki, ermənilər "Rusiya Ermənistandır" deyəndə haqlıdırlar.
Biz bir vətənpərvər olan Rusiya Prezidenti Vladimir Putinə müraciət edirik: "Erməniləri dayandırın!"
Muxalifet.az