​Erməni əsgəri başından vurularaq öldürüldü

Baxış sayı:
5146

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi informasiya yayıb.
Mayın 4-ü gecə 01:10 radələrində ölkənin şimal-şərq istiqamətində yerləşən hərbi mövqedə Artuq Qasparyan (1998) adlı hərbi qulluqçunun cəsədi tapılıb. Erməni əsgərin başından güllə yarası aldığı bildirilib.
Faktla bağlı istintaq aparılır.