Elşad Hacıyev polkovnik-leytenant rütbəsi alıb

Baxış sayı:
1198

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevin rütbəsi artırılıb.

Muxalifet.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ona polkovnik-leytenant rütbəsi verilib.

Məlumat DİN-in Mətbuat Xidmətindən saytımıza təsdiqlənib.

Qeyd edək ki, Elşad Hacıyev 2020-ci ildən DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi kimi çalışır.