Elçibəyə aid ilk şəxsiyyət vəsiqəsi - FOTOLAR
13-04-2023 11:43
Baxış sayı:
2646

Professor Ədalət Tahirzadə Elçibəyə aid Azərbaycan Respublikası vətəndaşının ilk şəxsiyyət vəsiqəsi nümunəsi hesab edilə biləcək çox qiymətli sənədin surətini paylaşıb.
Sənədi və öz "facebook" səhifəsində yayan sabiq baş naziri Pənah Hüseyn yazıb: "Əlavə edim ki, Prezident seçiləndən sonra Ə. Elçibəy dərhal milli kimlik sənədlərinin hazırlanması tapşırığını vermişdi və iş başlanmışdı. Bu istiqamətdə baxılan başqa bir sənəd nümunəsinin də surətini təqdim edirəm".
Bu da dönəmin Baş naziri olan Pənah Hüseynin layihə şəklində olan kimlik - şəxsiyyət vəsiqəsidir. Hər iki tarixi eksponatı təqdim edirik.