Dünyanı qorxudan NÜVƏ SAVAŞINA ABŞ-dan CAVAB

Baxış sayı:
987

ABŞ-ın Şimali Koreyaya qarşı hərbi əməliyyat keçirəcəyinə dair bəzi media qurumları tərəfindən ortaya atılan iddialar Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən yalanlandı.
 
Amerikan mediası da Pentaqonun Şimali Koreya məsələsində hazırlıq içində olduğunu irəli sürüb.
Amerikanın “Fox News” kanalı, Şimali Koreyanın ABŞ-ın şərtlərini yerinə yetirmək üçün nüvə proqramından imtina etməməsi vəziyyətində bundan sonrakı aylarda Pentaqonun Şimali Koreyaya hücum etmə ehtimalı olduğu iddiasını ortaya atıb.
“Fox News” həmçinin Pentaqonda Şimali Koreya məsələsində hazırlıqların artdığını və Cənubi Koreyada baş tutacaqi 2018 Pyeongchang Qış Olimpiya Oyunlarından sonra ABŞ rəhbərliyinin masasında olan hərbi müdaxilə də daxil bütün variantları dəyərləndirəcəyini qeyd edib.
 
PENTAQONDAN AÇIQLAMA
 
Pentaqonun sözçüsü polkovnik Rob Manning, Şimali Koreya məsələsində ortaya atılan iddialara dair “Anadolu” Agentliyinə açıqlama verib.
Məsələnin hələ də diplomatiya yolu ilə həll edilməsini gözlədiklərini qeyd edən Manning,  ABŞ-ın Şimali Koreyaya tək tərəfli hücum təşkil edəcəyini iddia edən xəbərləri təkzib edib: "Qətiyyən belə bir şey yoxdur. Bunu kim deyib, bilmirəm, amma bu məsuliyyətsiz və həqiqətə uyğun olmayan bir iddiadır. Nazir Mattisin (Müdafiə Naziri Cim Mattis) də ifadə etdiyi kimi orada məqsədimiz müharibə deyil, Koreya yarımadasının tam, təsdiq olunan və dönməz şəkildə nüvədən təmizlənməsidir. Bu bir çox diplomatik dəstəklə davam etdirilən diplomatik cəhddir".

Müxalifət.az