Dünya nəhəngindən qalmaqal! “Allah yazılmış ayaqaltı...

Baxış sayı:
8794

 Mərkəzi ABŞ-da yerləşən e-ticarət saytı Amazon üzərində Ərəbcə ayə və "Allah" yazılmış hamam ayaqaltısı ABŞ-dakı Müsəlman ictimaiyyətindən gələn təpkilərdən sonra satışdan qaldırmaq məcburiyyətində qalıb.
 
ABŞ-ın aparıcı Müsəlman cəmiyyətlərindən Amerika-İslam Münasibətləri Şurasının (CAIR) bəyanatı ilə Amazon sözügedən məhsulları satışdan qaldırıb.
Digər tərəfdən, sözügedən məhsulların satışının dayandırılması üçün “Change.Org”-da başlanılan kampaniyada təxminən 73 min imza toplanıb.
Amazonka, 2016-da da Ərəbcə “Allah” yazılı ayaqaltıları İngiltərədə satışa təqdim etməsindən sonra sərt tənqid olunmuşdu.
Müxalifət.az