Dolu Gürcüstanın üzüm bağlarını məhv etdi
28-04-2019 23:24
Baxış sayı:
2308

Gürcüstan ərazisinə yağan güclü yağış və dolu ölkənin kənd təsərrüfatına ciddi ziyan vurub.
Muxalifet.az azərtac-a xəbər verir ki, ən çox ziyan Kaxeti bölgəsinin Kvareli rayonuna dəyib.
Güclü küləklə müşayiət olunan və toyuq yumurtası boyda olan dolu Şilda kəndində 300 hektardan çox üzüm bağına ziyan vurub. Yerli fermerlərin sözlərinə görə, bəzi üzüm bağları tam məhv olub.
Telavi-Kvareli avtomobil magistralı da dolu və güclü külək səbəbindən müvəqqəti bağlanıb.
Bölgəyə dəyən ziyanın miqdarını hesablamaq üçün xüsusi komissiya yaradılıb.