Dmanisidə Səadət Butanın 70 illik yubileyi qeyd olundu - GAK-ın TƏŞKİLATÇILIĞI İLƏ

Baxış sayı:
26349

Gürcüstan Azətbaycanlıları Konqresinin (GAK) təşkilatçılığı ilə şairə Səadət Butanın 70 illik yubley tədbiri keçirilib.
 
Aktual.ge məlumat verir ki, tədbir şairənin doğma kəndi Dmanisinin Qızılkilsə kəndində gerçəkləşdirilib.
 
Sözügedən tədbirə Kvemo-Kartli (Borçalı) qubernatoru Şota Rexviaşvili, Parlamentin keçmiş majoritar üzvü Ruslan Hacıyev, GAK sədri Hüseyn Yusubov, hakim "Gürcü Arzusu"ndan Dmanisi merliyinə namizəd Koba Muradişvili, ictimaiyyət və yerli sakinlər qatılıb.
 
Tədbirdə qonaqlar Buta yaradıcılığı haqda çıxış edərək S.Butanı təbrik ediblər.
 
Bölgə qubernatoru Ş.Rexviaşvili şairəni Azərbaycan və Gürcüstan arasında mədəniyyət və təhsil əlaqələrinin inkişafına verdiyi böyük töhfəyə görə fəxri diplomla mükafatlandırıb. Eyni zamanda Parlamentin üzvü Qoqi Meşvelianinin köməkcisi yublyara deputatın göndərdiyi hədiyyələri təqdim edib.
 
Mer namizədi K.Muradaşvili isə şairə xanımı təbrik edərək hədiyyələr təqdim edib. Sonda Kənd ziyalısı və el ağsaqalı Vəkil Namazov bütün qonaqlara kəndə üz tutduqlarına görə təşəkkür edib.