​Deputatdan Vasif Talıbova dəstək – “Bu fikrini dəstəkləyirəm...”

Böyük Quruluş Partiyasının (BQP) başqanı, Milli Məclisin deputatı Fazil Mustafa Naxçıvan Muxtar Respublikasında qəbirüstü işlərin təsviri ilə bağlı yeni standrtların təsdiq edilməsinə münasibət bildirib.
Muxalifet.az xəbər verir ki. F.Mustafa ölkə.az-a açıqlamasında bu addımın təqdirəlayiq olduğunu söyləyib:
“Bu elə bir məsələdir ki, cəmiyyətdə müəyyən nöqsanların baş verməməsi üçün bunu tətbiq etmək zəruridir. Ən azı ona görə ki, məzar yerlərini mədəniyyət mühitinə çevirmək lazımdır. Çünki bura bir xatirə ocağıdır. İnsanlar gəlib öz yaxınlarını ziyarət edirlər. Burada ayrı-seçkilik, fərqlilik olanda, insanlara xoş təsir bağışlamır. Bu baxımdan da sözügedən qərarın verilməsi vəfat etmiş insanlara fərq qoyulmamasını göstərən yanaşmadır. Ona görə də bu qərarın verilməsi vacib əhəmiyyət daşıyır”.
Deputat Naxçıvan MR Nazirlər Kabinetinin bu qərarını dəstəklədiyini deyib:
“Məzarların üzərindəki təsvirlər və forma ilə bağlı heç bir iradım olmasa da, ancaq məzar yerlərinin forması məsələsi müzakirə oluna bilər. Müzakirələr zamanı əlavə ideyalar da üzə çıxa bilər. Hər halda bunun ümumi ideya olması normaldır. Həm ideya, həm də forma olaraq mən bu qərarı bəyənirəm”.   
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasında qəbirüstü işlərin təsviri ilə bağlı yeni standrtlar təsdiq olunub. 
Sözügedən standartlar Naxçıvan Muxtar Respublikası (MR) Nazirlər Kabinetinin 2017-ci il 8 noyabr tarixli qərarı ilə təsdiq edilib. 
Qərara əsasən, Naxçıvan MR ərazisində qəbirüstü abidələr və təsvirlər fotolarda göründüyü kimi hazırlanacaq. Bundan sonra Muxtar Respublikada qəbirüstü abidələr yalnız 2 formada ola bilər. 
Standrtlara görə, qəbirüstünün uzunluğu 2.20 santimetr, eni 1.20 santimetr, başdaşı hündürlüyü 60 santimetr, eni isə 80 santimetr olacaq. 
Yeni qəbirüstü abidələrdə diqqətçəkən əsas məqam isə başdaşarında aypara təsvirinin olmasıdır. Bununla Naxçıvan MR-da ilkə imza atılmış olacaq. 
Qeyd edək ki, Naxçıvan MR-da hələlik qəbir daşlarının hansı materialdan hazırlanacağı açıqlanmayb.