Davudoğlu ilk dəfə AKP-dən çıxarılmasından danışdı

Baxış sayı:
1316

Əhməd Davudoğlu üzvü olduğu AKP-dən xaric edilməsi qərarı ilə bağlı ilk dəfə açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, Davudoğlu bununla bağlı Tvitter səhifəsində yazıb:

“AKP-nin xaric etmək istədiyi şəxslər deyil, daha əvvəl haqqında danışdığımız prinsiplərdir. Söylədiklərimizin arxasındayıq”.

Qeyd edək ki, Davudoğlu 31 mart bələdiyyə sədri seçkilərindən sonra baş verənlərlə bağlı AKP-də fikir ayrı-seçkiliyi olduğunu və partiyanın parçalanma təhlükəsi yaşadığını bildirmişdi.

Ötən gün isə AKP Əhməd Davudoğlunun, Səlcuq Özdağın, Ayxan Səfər Üstünün və Abdullah Başçının partiyadan ixrac edilməsi istəyi ilə İntizam Komitəsinə müraciət edib.