Danimarka, İrandakı səfirini geri çağırdı: SUİ-QƏSD İDDİASI

Baxış sayı:
4276

Danimarkanın xarici işlər naziri Anders Samuels, Danimarkanın Tehrandakı səfirini geri çağırdıqlarını bəyan edib.
 
Nazir Samuels, nazirlikdə keçirdiyi mətbuat konfransında İran kəşfiyyatının, Danimarkada sui-qəsd cəhdi planlaşdırılmasına görə, Danimarkanın Tehrandakı səfirini məsləhətləşmək üçün geri çağırdığını deyib.
 
QƏBUL EDİLƏ BİLMƏZ
 
İranın Danimarkada sui-qəsd planlaşdırmasının qəbul edilməz olduğunu deyən Samuels, "Çox ciddi bir vəziyyətdir. Hadisənin ciddiliyini izah etmək üçün söz tapmaq çətindir. Tehrandakı səfirimizi məsləhətləşmələr üçün geri çağırdıq" deyib.
Samuels, İngiltərənin baş naziri Teresa Mey və ABŞ-ın dövlət katibi Mayk Pompeonun Danimarkaya dəstək verən açıqlamalarını xatırladaraq, Avropa Birliyi (Aİ) nəzdində də Danimarkanın İrana sanksiyalar tətbiq etməsi üçün axtarış içində olacaqlarını açıqlayıb.
Qeyd edək ki, Danimarkada Polis Kəşfiyyat Qurumu (PET) verdiyi açıqlamada, İran kəşfiyyatının, Danimarkadakı Ahvazın Qurtuluşu üçün Ərəb Mübarizəsi Hərəkatı (ASİM) üzvlərinə sui-qəsd planlaşdırdığını və bu çərçivədə aparılan əməliyyatda İran əsilli Norveç vətəndaşı bir adamın 21 oktyabrda İsveçin Göteborg şəhərində həbs olunduğunu bildirib.
İran, terror təşkilatı olaraq gördüyü ASMLA-nın Danimarkadakı liderini öldürməyə çalışmaqda ittiham olunur.
Müxalifət.az