Daha bir RESPUBLİKAÇI PAŞİNYANA SƏS VERƏCƏK

Baxış sayı:
4942

Ermənistan parlamentinin Respuklika fraksiyasının deputatı Samvel Aleksanyan baş naziri postuna "xalq namizədi" üçün səs verəcək.
 
Bunu Samvel Aleksanyan Ermənistan Milli Məclisində jurnalistlərə verdiyi müsahibəsində deyib.
Aleksanyan "Xalqın namizədi üçün səs verməyə qərar verdim" desə də, jurnalistin istəyinə rəğmən Nikol Paşinyanın adını çəkməyib.
Jurnalistin “Nikol Paşinyan seçildiyi təqdirdə iqtisadiyyatda monopoliyaya qarşı mübarizə aparacağını deyib” sözünə münasibət bildirən Aleksanyan, "Doğru da edəcək, onsuz da mənim monopoliyam yoxdur, lap qoy bütün monopoliyaları məhv etsin".
Xatırladaq ki, Ermənistanda baş nazir seçkisinin ikinci mərhələsi mayın 8-də keçiriləcək.
Müxalifət.az