Daha bir məmur İŞDƏN AZAD EDİLDİ

Baxış sayı:
11023

Muxalifet.az xəbər verir ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev birinci müavini olan Paşayev Qüdrət Məhəmməd oğlunun vəzifəsindən uzaqlaşdırılması barədə əmr imzalayıb. 
Nəzərinizə çatdıraq ki, hələlik Qüdrət Paşayevin yerinə təyinat yoxdur. 
Məlumatı Gədəbəy Rayon İcra Hakimiyyətindən Unikal.org-a təsdiqləyiblər. 
Qeyd edək ki, işdən çıxarılan Qüdrət Paşayev həmçinin rayon Fövqəladə Hallar Komissiyasının sədri idi.