​DAHA BİR LİDERİN HƏBSİ HAZIRLANIR

Baxış sayı:
2347

Cənubi Koreyanın keçmiş prezidenti Li Myona Bak korrupsiyada ittiham olunub.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı Cənubi Koreyanın “Renxap” agentliyi yayıb. Eks-prezident 10,4 milyon dollar rüşvət almaqda, maxinasiyada və vergilərdən yayınmaqda ittiham olunur.
Qeyd edək ki, bundan öncə Cənubi Koreyanın eks-prezidenti Pak Kın He korrupsiyada ittiham edilərək, 24 il müddətinə azadlıqdan məhrum edilib.