"Dado evdən çıxmağımı istəmir" - Natavan
29-04-2019 14:07
Baxış sayı:
7939

Hamiləliyin son günlərini yaşayan müğənni Natavan Həbibi “X maqazin”in kamerasına tuş gəlib.
Onun yanında həyat yoldaşı reper Dado da olub.
İfaçılar valideyn olmaq üçün tələsdiklərini bildiriblər:
“Dado məndən çox həyəcanlıdır, evdən çıxmağımın əlehinədir. Hər dəfə narazılıq edir. Amma hər şey yolundadır. Hərdən tənginəfəs oluram”.
Qeyd edək ki, cütlük 2017-ci ildə ailə qurub./Axşam