"Cümhur İttifaqı bitəcək" iddialarına MHP-dən cavab

Baxış sayı:
6409

Türkiyədə 31 mart seçkilərindən sonra İstanbulda seçkilərin yenidən keçirilib keçirilməyəcəyinə gözlər Ali Seçki Komissiasına (YSK) çevrilərkən, mühüm bir iddia ortaya atılıb. “Cümhur İttifaqının” fəliyətinə bu gün keçirəcəyi toplantıdan sonar son veriləcəyinə yönəlik iddialar sosial media başda olmaqla, siyasət kuluarlarını da hərəkətə gətirib. MHP-nin sədri Dövlət Bağçalı bu gün Rəyasət Heyətini toplayacaq. Hər bazar ertəsi ənənəvi olaraq toplanan MHP Divanında YSK-nın qərarı öncəsi vəziyyət dəyərləndiriləcək. MHP-də bu gün Divan xaricində başqa bir toplantı olmadığı öyrənilib.
 
“Cumhur İttifaqının” xüsusilə MHP üzərindən bitirilməsinə çalışıldığına diqqət çəkən MHP funksionerləri, "Bu ittifaq 2023-ci ilə qədər davam etməyəcək” ictimai rəyi yaratmağa çalışırlar. Bunu da şəxsən FETÖ və üst ağıl həyata keçirir. “Cümhur İttifaqını” xüsusilə də MHP-nin üzərindən dağıtmağa çalışırlar" deyib.
“Cümhur İttifaqının” ən möhkəm şəkildə yoluna davam etdiyini qeyd edən MHP funksionerləri "Prezident Hökumət Sistemi tam oturuşması üçün dəstəyimiz 2023-ci ilə qədər davam edəcək" deyə bildirib.
MHP-nin lideri Dövlət Bağçalının seçki öncəsi "Ankara, İstanbul və İzmirdə uduzulduğu təqdirdə Prezident Hökumət Sisteminin müzakirəyə çıxarıla biləcəyi" sözlərini istifadə etməyə çalışdıqlarını bildirən MHP funksoinerləri "Ağızlarındakı paxla yavaş-yavaş ortaya çıxır. Əslində daha çox şeylər deyərdilər, amma YSK-nın qərarına təsir etməməsi üçün susurlar" deyib.
Müxalifət.az