Çingiz Mustafayevin radiosuna iki iddiaçı var

Baxış sayı:
514

Xəbər verildiyi kimi, Milli Yayım Şurası milli reportyor məktəbinin qurucularından biri olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə bağlı radio-tezliklərin satılması üçün tender elan etmək barədə qərar qəbul edib.
Əfsanəvi FM-102 ÇM bir vaxtlar ölkədə ən populyar radio stansiya idi. Radio-tezliklərin satılması ilə bağlı tender barədə məlumat ölkə ictimaiyyətində ciddi narahatlığa səbəb olub.

Muxalifet.az bildirir ki, tenderdə iştirak etmək və sonradan öz radiolarını açmaqdan ötrü iki qurum -APA media holdinqi və Real TV müraciət edib.
Jurnalistlərə, həmçinin məlum olub ki, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin qardaşı Seyfulla Mustafayev radio-tezliklərin satışı üzrə tenderdə sonradan iştirak üçün “İNS ÇM” MMC təsis edib.
Xatırladaq ki, bir gün əvvəl virtualaz.org və haqqin.az saytlarının redaksiyalarına Azərbaycan elitasından müraciət daxil olmuşdu. Yaradıcı ziyalıların nümayəndələri, məşhur elm adamları, yazıçılar, jurnalistlər, bəstəkarlar, tanınmış ictimai xadimlər Milli Qəhrəmanın adını daşıyan radiostansiyanın taleyindən narahatlıqlarını ifadə etmişdilər.
Muxalifet.az