​Çindən ticarət müharibəsində ABŞ-a cavab zərbə

Baxış sayı:
5446

Çin sentyabrın 24-dən ABŞ mallarına gömrük rüsumlarını artıracaq.
Muxalifet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının tarif komitəsinin yaydığı məlumatda deyilir. 
Ümumi dəyəri 60 milyard dollar olan mallara gömrük rüsumları 5 və 10 faiz artırılacaq.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ölkəsinin Çin mallarına yeni rüsumlar tətbiq etdiyini açıqlayıb. Tramp Çin lideri Si Tzinpinə hörmət etdiyini, lakin ABŞ-ın daha Çinə qarşı köhnə ticarət siyasəti yürüdə bilməyəcəyini bildirib.