​ÇİN BU ŞƏXSLƏRƏ 10 İLLİK VİZA VERƏCƏK

Baxış sayı:
4844

Çin elm adamları, sərmayəçi və texnologiya şirkəti liderlərinə 10 illik viza verəcək.
Muxalifət.az xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, Pekin hökuməti istedadlı əcnəbilərə ölkəyə fayda vermələri üçün şərait yaratmaq istəyir. Bu məqsədlə də həmin insanlara 5-10 il ərzində daimi giriş vizası tətbiqi başladıb.
Beləliklə, texnologiya şirkətləri sahibləri, sərmayəçilər və elm adamları uzunmüddətli viza üçün internet vasitəsilə, ödənişsiz şəkildə müraciət edə biləcəklər. Vizanı əldə edən şəxs Çində tək səfərdə 180 gün ərzində qala biləcək, bununla yanaşı, ailəsini də yanında apara biləcək.
Qeyd edək ki, Çin 2016-cı ildə əcnəbilər üçün xüsusi sistem tətbiq etmişdi. Bu sistem Nobel mükafatı qazananlar, idmançılar, akademiklər, maliyyə mütəxəssislərini ölkəyə cəlb etmək üçün tətbiq olunmuşdu.