Çin ABŞ-a qarşı yeni silahını açıqlayıb

Baxış sayı:
4252

ABŞ ilə Çin arasında gedən ticarət müharibəsi davam edərkən, Çinin rəsmi pul vahidi yuan-ın ABŞ dolları qarşısında dəyər itirməsi, Çin üçün güclü bir iqtisadi silah olacaq. Dollar məzənnəsinin artımı, Çinli ixracatçıların məhsulları dollar əsasından daha ucuz sataraq qazanc təmin edəcək.
 
Çin valyutası yuan, Aprel ayının ortasından bəri mərhələli olaraq dəyər itirir və 30 oktyabr etibarilə ötən on ilin ən aşağı səviyyəsinə geriləyərək psixoloji sərhəd olan 7-yə yaxınlaşıb. Nyu York Times-da yer alan xəbərə görə, yuanın dollar qarşısında dəyər itirməsi fonunda, Çinli ixracatçılara böyük bir üstünlük təmin etməsi ABŞ-ın istəməyəcəyi bir ssenaridir.
Yuanın dəyər itkisinin Çin üçün başqa bir üstünlüyü də, Tramp rəhbərliyinin Çinə tətbiq etdiyi sanksiyaları görməməzliyə vuracaq səviyyədə bir qiymət fərqinə səbəb olmasıdır. Dollar məzənnəsinin artımı, Çinli ixracatçıların məhsulları dollar əsasından daha ucuz sataraq qazanc təmin edəcək. Çinli ixracatçıların daha ucuz dollar qiymətindən məhsullarını sata bilməsi isə məhsullara tətbiq olunan sanksiya faizi miqdarını təsirsiz edəcək.
Müxalifət.az