CHP sədri terrorçularla seçki ittifaqına gedir

Baxış sayı:
4765

Terror təşkilatı PKK-nın siyasi qanadı olan HDP-ni Məclisə daşıyan CHP, yerli seçkilərdə də Qəndilin partiyası ilə alyans edəcək.
 
CHP lideri, bələdiyyə seçkiləri öncəsi sıx iş aparılmasını istəyərək ittifaqlara da yaşıl işıq yandırıb.
 
HDP İLƏ İTTİFAQ
 
Kılıçdaroğlu, "İYİ Partiya var, HDP var, SP var, bir araya gələ bilərik. Tək bir namizəd çıxara bilərik. Bütün məqsəd bələdiyyəni almaqdır. Strategiyanı siz müəyyən edəcəksiniz.
 
BÜTÜN MƏQSƏD BƏLƏDİYYƏNİ ALMAQDIR
 
Seçkidə qalib gəlmək strategiyası üzərində bir siyasət yaradacaqsınız. Rayonlara görə dəyişir bu. Yəni tarazlıqlar, ağırlıqlar, sevilən insanlar, bütün bunların hamısı bir şəkildə nəzərə alınacaq".
Qeyd edək ki, terror təşkilatı PKK-nın siyasi qanadı HDP, CHP-dən aldığı dəstəklə Məclisə girməyi bacarmışdı.
Müxalifət.az