​Çempionlar Liqasında təkcə "Qarabağ"... - Enrike

Baxış sayı:
3514

Yunanıstanda ağlasığmaz ab-hava var idi. Çünki orada fanatlar daha çılğın dəstək verirlər. Bu, Azərbaycana da aiddir. "Astana Arena"dakı ilk matçım stadionda yaradılmış atmosferlə əlaqədar sürpriz oldu.
Muxalifet.az xəbər verir ki, Qazaxıstanın "Astana" klubunun futbolçusu Pedro Enrike klubun televiziyasına açıqlamasında deyib.
28 yaşlı braziliyalı yarımmüdafiəçi "Qarabağ"da çıxış etdiyi vaxtları da xatırladıb: "Azərbaycanda Çempionlar Liqasında oynadığımız vaxt təkcə "Qarabağ" fanatları deyil, bütün ölkə komandanı dəstəkləyirdi.
P.Enrike digər sabiq komandasının azarkeşləri barədə də xoş sözlər söyləyib: "Renn"də də komandaya çox güclü dəstək verirdilər. Bu fanatlar oyun boyunca "Renn" üçün mahnılar oxuyurdular. Bu, çox inanılmaz idi".
Qeyd edək ki, P.Enrike 2017-2018 mövsümünü icarə əsasında "Qarabağ"da keçirib. O, Fransanın "Renn", Yunanıstanın PAOK və İsveçrənin "Sürix" komandalarında da oynayıb.