Çavuşoğlu Pərvizi gətirən təyyarənin videosunu paylaşdı

Baxış sayı:
799

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu TV 8-in rəhbəri, aparıcı Acun Ilıcalıya təşəkkür edib. 

“Qafqazinfo” xəbər verir ki, o, tvitter səhifəsində status paylaşaraq artıq Dominikan Respublikasından təyyarənin havaya qalxdığını qeyd edib:

“Karib bölgəsinin fərqli ölkələrində olan vətəndaşlarımızı, dost ölkələrin nümayəndələrini təxliyyə edən təyyarəmiz Dominikandan havaya qalxdı. Cayman adaları, Havanada olan vətəndaşları gətirmək üçün özəl təyyarəsini ayıran Acun Ilıcalıya təşəkkür edirik. Təyyarədə 154 Türkiyə, 1 Azərbaycan, 42 Macarıstan, 28 Rumıniya və 1 Tunis vətəndaşı var”.

Çavuşoğlu daha sonra hesabında təyyarənin havaya qalxdığı anın videosunu paylaşıb.

Qeyd edək ki, İstanbula gələn Azərbaycan vətəndaşı “Survivor” yarışmasının iştirakçısı, idmançı Pərviz Abdullayevdir.