Çavuşoğlu Fransada rəsmi səfərdədi

Baxış sayı:
2614

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fransız həmkarı Jan-İv Le Drianla görüşüb.
Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki,  Çavuşoğlunun Fransaya rəsmi səfəri çərçivəsində Parisdə baş tutan görüşdə tərəflər Suriya daxil olmaqla regional problemləri, indiki vəziyyəti, həmçinin ikitərəfli əlaqələrin inkişafı perspektivlərini və digər məsələləri müzakirə ediblər.
Görüş media üçün qapalı keçirilib və təxminən saat yarım davam edib.