Can Kemal Özer: “Kaşıkçı cinayəti kimin oyunudur?”

Baxış sayı:
5452

İngilislərin krallıq vəd elədikləri Şərif Hüseyn Osmanlıya qarşı ingilislərin səfində yer almışdı.

Kraliça vədinə əməl elədi. İngilislərin oyunlarından bezən Şərif Hüseyn isə bir müddət sonra Londonun istəklərini tam şəkildə yerinə yetirə bilməyəcək vəziyyətə gəlmişdi.

Britaniyalı casus, yüzbaşı Vilyam Şekspir Əbdüləziz bin Səud ilə 1910-cu ildə dostluğa başlayıb, onu öz toruna saldı.

İngilis casus vəhhabi Səud ailəsindən olan Əbdüləzizi Londona dəvət elədi.

Səfər zamanı Əbdüləzizdən İngiltərəyə sadiq qalacağı təminatı alındı və ardından da qurulucaq sionist dövlət üçün təminat istənildi.

Əbdüləziz isə səliqəsiz əlyazma ilə bunu yazıb möhürlədi. Xəyanət sənədində yazılmışdı: “Fələstində və ya hər hansı bir yerdə “Yəhudi dövləti” qurulmasına razıyam və həyatım boyunca ingilislərdən ayrılmayacağam”.

Budur o sənəd:

Hənnas ingilis təminat aldıqdan sonra Şərif Hüseyni taxtdan salıb yerinə indiki kral Salmanın bədəvi atasını oturtdu.

Amerika oyunda girir

Vyetnam müharibəsində məğlubiyyətə uğrayan Amerika, pulunu qızıl ilə eyniləşdirmək qərarından vaz keçmişdi (bu hadisəni “Nikson şoku” adlandırırlar: 15 avqust 1971-ci ildə ABŞ prezidenti Riçard Nikson çıxış edərək dolların qızılla təminatının tamamilə dayandırılmasını elan etdi. ABŞ qızıl standart sistemindən çıxdı.).

ABŞ-ın bu qərarı dünyada etirazla qarşılandı.

Fransa, İtaliya və Səudiyyə Ərəbistanı qızıl pul üçün birləşdilər.

Bu hərəkət ABŞ-ın gələcəyi baxımından böyük bir təhdid idi.

Yəhudi Henri Kessincerin başçılıq elədiyi bir heyət İtaliyanın baş naziri Aldo Moronu öldürtdü.

İtaliya və Fransa ilə bir olmaqla yanaşı, kral Feysəl həm də neft embarqosuna başlamışdı.

Şeytanilərə qarşı böyük bir “günah” törədən kral Feysəl ailə içərisində sui-qəsdə uğradıldı.

Fransa prezidenti isə ABŞ-a təslim olmaqla xilas oldu.

Səudilərin yeni kralı Xalid ingilislərin yerinə amerikalılarla əməkdaşlıq eləməyə “məcbur oldu”. Qalanları da həmin yolla davam elədilər. Bu məcburi boşanma ingilislərin həzm də biləcəyi bir şey deyildi.

Taxta çıxan yaşlı Salman birinci vəliəhdliyə ingilispərəstlikdə ittiham edilən Məhəmməd bin Nayifi gətirərək bir balans yaratmışdı. Yaxud da kənardan belə görünməyə çalışırdılar.

Müdafiə naziri və ikinci vəliəhd postuna isə İsrail və amerikapərəst oğlu Məhəmməd bin Salmanı gətirmişdi.

Salman taxtın varisinin öz oğlu olmasını istəyirdi. Lakin ABŞ-ın dəstəyi olmadan bunu eləmək mümkün deyildi.

ABŞ Salmanı vəliəhdliyə gətirdi, qarşılığında isə yüz milyardlarla dollar istədi və aldı!

Bu ikinci aldatma İngiltərə üçün həzm ediləcək bir şey deyildi.

Oyun yenicə başlamışdı.

Kreslo həvəsi ilə yanan Məhəmməd bin Salmana tələ qurmaq çox da çətin deyildi.

Onsuz da ölkə ingilis casusları ilə dolu idi. London əbəs yerə müxaliflər üçün baza qurdurmamışdı.

Şöhrətli bir ailənin məşhur üzvü Kaşıkçı qətlə yetirildi.

Sui-qəsd əmrini isə bədəvilikdən xilas ola bilməmiş həris Məhəmməd bin Salman verdirmişdi.

Kaşıkçı ailəsi zatən Türkiyə əsilli idi.

Qətl İstanbulda baş verəcəyi təqdirdə, bir daşla bir neçə quş vurulacaqdı.

İngilislər hədəfə 12 xallıq zərbə vurduqları halda, kral ilə oğlu ortada qalacaqdılar.

Cinayətin dəlillərini aşkara çıxaran Ankara Türkiyənin heç kimin oyun meydanı olmadığını dünya nəhənglərinə göstərdi...

... Trampın Kaşıkçı cinayətindən sonra nə dediyini xatırlayaq: “İsrailin təhlükəsizliyi üçün Səudiyyə Ərəbistanı iqtidarına ehtyacımız var!”

O halda bu etirafı heç yadımızdan çıxarmayaq!

İngiltərəyə səfərlərinin birində Əbdüləziz kraliça ilə birlikdə

Can Kemal Özer

Tərcümə Hurriyyet.org-undur