"Bütün variantlar masa üzərindədir…"- İran parlamentinin erməni deputatı Azərbaycanı hədələdi

Baxış sayı:
3598

Tehran və İranın şimalında yaşayan erməni xristianların parlamentdəki deputatı Ara Şaverdiyan SEPAH-ın Azərbaycanla sərhəddə hərbi təlim keçirməsinə işarə edərək, ölkəmizi təhdid edib.

Muxalifet.az parstoday.com saytına istinadən xəbər verir ki, Şaverdiyan deyib: “Milli maraqlarımızn qorunması üçün bütün variantlar masa üzərindədir”.

“Hazırkı təlimdə ilk dəfə olaraq Araz çayından hərbi texnikanın ötürülməsi həyata keçirilib ki, bu da milli maraqlarımızın qorunması naminə bütün variantların masada olduğunu göstərir və bu, zarafat deyil”, - deyə erməni deputat iddia edib.