Bu şəhərlərdə əhaliyə ağac paylanılacaq
Sabah Bakı, Xırdalan, Sumqayıt və Qubada vətəndaşlara müxtəlif cinsli ağac tingləri paylanılacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bakının Xətai rayonunda Bakı kinoteatrının qarşısında saat 11:00-dan 12:00-dək, Nizami rayonunda Sevinc kinoteatrının qarşısında saat 12:00-dan 13:00-dək, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki yeni istirahət parkının qarşısında saat 13:00-dan 14:00-dək, Xırdalanda şəhər icra nümayəndəliyinin, Sumqayıtda Tağıyev parkının qarşısında, Qubada isə Vaqif küçəsindəki ticarət mərkəzinin arxasında saat 11:00-dan 13:00-dək tinglərin paylanması aksiyası keçiriləcək.
Aksiyalarda vətəndaşlara müxtəlif cinsli ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair Nazirliyin mütəxəssisləri tərəfindən tövsiyələr veriləcək.