​Bu ölkədə evlər 1.87 AZN-ə satılır

Baxış sayı:
4642

İtaliya dövləti Sicilya adasında Bivona qəsəbəsində yerləşən evləri 1 avroya (təxminən 1.87 AZN-ə) satışa çıxarıb.
Muxlifet.az x
arici KİV-ə istinadən xəbər verir ki,  İtaliya dövləti əhalisinin yox olma təhlükəsi ilə üz-üzə qalan bir çox qəsəbələrində “1 avroya ev” adlı layihəsini başladıb. Belə ki, layihəyə daxil edilən evlər təmir və yaşayış qarşılığında 1 avroya satılır. Bu evləri ala bilmək üçün isə 2500 avro (təxminən 4677 AZN) depozit ödəmək və evdə təmir-bərpa işləri aparmaq lazımdır.
Alıcılar 3 ay ərzində evin təmir planını təqdim etməli və 3 il müddətində təmiri tamamlamalıdırlar.  Verilən əməl yerinə yetirilmədikdə isə depoziti itirirlər.
Qeyd edək ki, satışa çıxarılan evlərin bəzilərinin çox ciddi təmirə və xərcə ehtiyacı var. Bivona bələdiyyəsi nisbətən yaxşı vəziyyətdə olan evləri 1000-1500 avro (təxminən 1871-2806 AZN) arası qiymətlərlə satışa çıxarmağı planlaşdırır.