Bu gün Tiflisdə 100 min nəfərlik mitinq gözlənilir - "İVANİŞVİLİ ERASI" SONA YETİR, YOXSA...

Baxış sayı:
1824

Tbilisidə parlament binası qarşısında etiraz aksiyası bərpa edilib. APA-nın yerli bürosu xəbər verir ki, aksiyada həm parlament, həm də parlamentdən kənar müxalifətin nümayəndələri iştirak edirlər.

Etirazçılar hökumətə üç əsas tələb irəli sürüblər. Bunlar müvəqqəti hökumətin qurulması, 2020-ci ildə parlament seçkilərində proporsional sistemin tətbiq edilməsi və hazırkı MSK-nın tərkibinin dəyişdirilməsidir.

Aksiyanın təşkilatçılarından olan "Utanc" hərəkatının lideri Giga Makaraşvili bildirib ki, sabahkı mitinqə hazırlıq aparılır və etirazçılar tələbləri yerinə yetirilməyənədək dağılmayacaqlar.

Qeyd edək ki, noyabrın 14-də Gürcüstan parlamentində keçirilən səsvermədə proporsional seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya düzəlişinin qəbul edilməməsi müxalifətin geniş etirazına səbəb olub. Sabah saat 15:00-da isə Tbilisidə müxalifətin geniş miqyaslı mitinqi planlaşdırılıb.