​Bu gün 9 ölkə Suriyanı MÜZAKİRƏ EDƏCƏK

Baxış sayı:
2347

Bu gün 9 ölkə Suriyanın Şərqi Qutada kimyəvi silahdan istifadəsini müzakirə etmək üçün bir araya gələcək.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, Fransa, Böyük Britaniya, ABŞ, Polşa, Niderland, İsveç, Küveyt, Peru və Kotdivuarın birgə təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Suriyada kimyəvi silahın tətbiqini ilə bağlı toplantısı keçiriləcək.
Xatırladaq ki, Rusiya Bəşər Əsədin Suriyada kimyəvi silahdan istifadəsinə dair iddiaların BMT TŞ-da müzakirəsinə etirazını bildirib.