"Bu, Azərbaycan xalqına qarşı növbəti soyqırımı aktıdır"- PREZİDENTİN KÖMƏKÇİSİ GƏNCƏ HADİSƏSİ HAQDA

Baxış sayı:
814

"Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı vandalizm və barbarlıq siyasəti davam edir".

Muxalifet.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" hesabında yazıb.

O bildirib ki, bu, Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz növbəti soyqırımı aktıdır.