Bu Avropa ölkəsi "cibinə uyğun" sualtı gəmi alır
10-11-2017 23:31
Polşa "cibinə uyğun" sualtı hərbi gəmi almaq niyyətindədir.
Muxalifet.az xəbər verir ki, bu barədə açıqlamanı Polşa Müdafiə naziri Antoni Maciereviz verib.
Nazir qeyd edib ki, 5 yeni gəminin alınması üçün Fransa ilə 2,75 milyard dollarlıq müqavilənin imzalanması üçün addım atılıb.
Polşalı nazir həmçinin 16 ədəd yeni hərbi helikopterin alınması üçün büdcədən vəsait ayrıldığını bildirib.