​“BU ALÇAQLIQ ƏFV OLUNA BİLMƏZ” – Binəli Yıldırım ABŞ və Rusiyanın ünvanına sərt danışdı

Baxış sayı:
3508

Türkiyənin baş naziri Binəli Yılıdırım Suriyada yaşanan gərkinliklə bağlı sərt açıqlama verib.
“ABŞ-Rusiya arasında sosial media üzərindən bir atışma gedir. İşləri daha da qarmaşıq hala gətirəcək cəhdlərdən uzaq durmalarını tövsiyə edirik, dostlarımıza” – deyə baş nazir bildirib.
B.Yıldırım qeyd edib ki, kimyəvi silahdan istifadə etmənin, günahsız insanları, uşaqları qətlə yetirmənin əfvolunacaq bir tərəfi yoxdur: “Bu, bir alçaqlıqdır”.

Muxalifet.az