Britaniya səfiri İranı tərk edib

Baxış sayı:
2992

Dövlət mediasının çərşənbə günü verdiyi xəbərə görə, Britaniyanın Tehrandakı səfiri İran hakimiyyəti tərəfindən saxlanıldıqdan sonra ölkəni tərk edib.
Muxalifet.az 
bu barədə "Amerikanın Səsi"nə istinadla bildirir.
Rob Makeyr yanvarın 11-də İranın vurduğu Ukrayna sərnişin təyyarəsindəki qurbanların anım mərasimində iştirak etdikdən sonra İranın təhlükəsizlik qüvvələri tərəfindən üç saat saxlanıb.
Yarı-rəsmi Tasnim xəbər agentliyi səfirin bir grup insanın Əmir Kəbir Universiteti önündə toplaşdığı zaman "şübhəli və təhrikedici hərəkətləri ilə əlaqədar olaraq" saxlanıldığını bildirmişdi.
Britaniyanın Xarici İşlər Naziri Dominik Raab isə ölkəsinin Tehrandakı səfirinin heç bir səbəb və açıqlama olmadan nəzarət altına alınmasının beynəlxalq hüququn kobud şəkildə pozulması olduğunu demişdi.
İranın rəsmi IRNA xəbər agentliyi diplomatın "xəbərdarlıq" verildikdən sonra sərbəst buraxıldığını bildirib.
Britaniya Xarici İşlər Nazirliyi Makeyrin Londona səfərinin "adi, işgüzar" səfər olduğunu və həbsindən əvvəl planlaşdırıldığını deyir.
Muxalifet.az