​“Boşanan qadın KİŞİNİ LÜT qoymağa çalışır” – İlginc şərh

Baxış sayı:
3682

Azərbaycanda boşanma nisbətləri xeyli çoxalıb, ən çox müraciət edənlər boşanma məsələsinə görə olur. Bunun səbəbləri çoxdur.
Muxalifet.az xəbər verir ki, bunu hüquq müdafiəçisi Fərhad Mehdiyev deyib.
O qeyd edib ki, gender münasibətlərinə görə mövcud qanunvericilik bir çox halda qadınların xeyrinədir:
“Kişilərə məsləhətim budur ki, nikah müqaviləsi bağlamağa imkan olmasa da, evlilik müddəti ərzində adlarına bir əmlak almasınlar. Yaşadıqları ev də mümkünsə öz adlarına olmasın, boşanmadan sonra qadın özünü ora müvəqqəti də olsa qeydiyyata saldıra bilir, ordan çıxmaq üçün də pul tələb edir.
İndi şərtlər dəyişib, özlərini çox vicdanlı, tərbiyəli, ev xanımı göstərənlər nikah və uşaqdan sonra olur “əzazil”, kişiləri boşanmaqla hədələyir, onu aliment və əmlak bölgüsü ilə psixolojik şiddətə məruz qoyur. Boşanan qadın hər vəchlə daha əvvəl sevgisindən öldüyü kişini tam lüt qoymağa cəhd edir”.