​Boltondan İran açıqlaması: Bu hədəfə çatmaq istəyirik, amma...

Baxış sayı:
9886

ABŞ İrandan neft ixracını dayandırmaq istəyir, amma bununla özünün neft tədarükündən asılı olan dostları və müttəfiqlərinə zərər vurmaq istəmir.
Bunu Aleksandr Hamilton Cəmiyyətində çıxışı zamanı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.
“Biz sanksiyalarla bağlı necə davranacağıq? Prezident dedi ki, bizim hədəfimiz İran neftinin tədarükünü tam dayandırmaqdır. Biz görürük ki, bəzi ölkələr hələ də neft almağa davam edirlər. Neft tədarükünü birdən-birə sıfır həcminə çatdıra bilmərik. Biz bu hədəfə çatmaq istəyirik, amma dostlarımıza da bununla zərər vurmaq istəmirik”, – deyə o bildirib.