Bolnisidə koronavirusa yoluxanların sayı 95 nəfərə çatdı
30-04-2020 11:40
Baxış sayı:
1913
Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Bolnisi rayonunda koronavirusa 2 yeni yoluxma halı qeydə alınıb.
“Report”un yerli bürosu xəbər verir ki, həmin şəxslər Savaneti (İmirhəsən) kəndində virusa yoluxanlarla təmasda olanlardır.
Bununla da Bolnisidə COVID-19 virus infeksiyasına yoluxanların sayı 95-ə çatıb. Onların 5-i sağalıb, 2-si isə dünyasını dəyişib.
Rayon üzrə karantində 113, özünütəcriddə isə 259 nəfər var.