“BMT Qaşıqçı cinayətində şahzadə bin Salmanı günahkar bilir” – AK Partiya rəsmisi

Baxış sayı:
5566

AK Partiya sədrinin müavini Yasin Aktay Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələri ilə Qaçıqçı cinayətini müzakirə edib.
 
Aktay BMT heyətinin şahzadə Məhəmməd bin Salmanın cinayət başçısı olaraq gördüyünü söyləyib.
BMT-nin məruzəçisi Agnes Kallamard və onunla gələn heyət cinayətin səsyazmasını da dinləyiblər.
Kallamard 2 fevrala qədər Türkiyədə olacaq.
Callamard iyun ayında BMT İnsan Hüquqları Şurasının iclasında istintaq daxilində əldə etdiyi məlumatları və istintaqa yönəlik etdiyi tövsiyələri təqdim edəcək. Əgər Şuradan qərar verilərsə, Qaşıqçı cinayəti ilə bağlı beynəxalq istintaqa rəvac veriləcək. Bu isə o deməkdir ki, Səudiyyənin İstanbul konsulluğu və baş konsulun iqamətgahında Türkiyəyə icazə verilməyən bütün şübhəli yerlərdə axtarış aparıla bilinəcək.
Müxalifət.az