BMT-dən ABŞ-a” Maduro” təpkisi

Baxış sayı:
3877

Birləşmiş Millətlər Təşkilatının (BMT) Xüsusi Məruzəçisi İdris Jazairy ABŞ-ın Venesuela Dövlət Neft Şirkətinə (PDVSA) sanksiya tətbiq etməsinə təpki göstərərək, "Bu sanksiyaların Venesuela hökumətini devirməyə çalışdığına dair xəbərlərdən xüsusilə narahatlıq duyuram" deyə söyləyib.
 
 BMT-nin Xüsusi Məruzəçisi Jazairy etdiyi yazılı açıqlamada, ABŞ-ın sanksiyalarının Venesuelada aclıq və səhiyyə sahəsində böyük problemlərə yol açacağı xəbərdarlığını edib. Xüsusi Məruzəçi Jazairy, "Bütün ölkələri BMT nizamnaməsi əsasında, BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq olunmadan Venesuelaya sanksiya tətbiq etməkdən çəkinmək çağırışı edirəm" deyib.
Müxalifət.az