Biləsuvarda 64 yaşlı kişi iş yerində ÖLÜ TAPILDI
1-02-2019 16:45
Baxış sayı:
5869
Biləsuvar rayonunda 64 yaşlı kişinin iş yerində meyiti tapılıb.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, araşdırmalar nəticəsində onun şəhər sakini, 1955-ci il təvəllüdlü Ağayev Mirilham Məmmədağa oğlu olması müəyyən edilib.
Həmin şəxsin ürəktutmasından vəfat etdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, M.Ağayev Biləsuvar Telekommunikasiya Qovşağının keçmiş rəisi İlkin Ağayevin atasıdır. İ.Ağayev 2015-ci il sentyabr ayında iş yerində özünü asaraq intihar edib.