​Bəhreyn qarışır: 3 şiə lider ömürlük həbs edildi...

Baxış sayı:
1273

Bəhreyn Ali Məhkəməsi bu gün şiə müxalifətinin 3 liderinə ömürlük həbs cəzası kəsib.
Muxalifet.az RİA-ya istinadla xəbər verir ki, Vifak Partiyasının baş katibi Əli Salman da daxil olmaqla, şiə müxaliflər Qətərin xeyrinə casusluqda ittiham olunublar.
Qeyd edək ki, 2015-ci ildən həbs həyatı yaşayan Salmanın üzərindən casus ittihamı iyun ayında Bəhreyn məhkəməsi tərəfindən götürülmüşdü. Ancaq Baş Prokurorluq Ali Məhkəməyə protest vermişdi.
Əli Salman, Həsən Sultan və Əli Asvad hərbi sirləri casusluqla ələ keçirməkdə və Qətərə ötürməkdə ittiham olunublar.
Bəhreynin şiə icması qərarı siyasi hesab edib və tərəfdarlarını qərara etiraz olaraq aksiyaya çağırıb.