Belarusda təkrar seçkilər olacaq? - Lukaşenkodan AÇIQLAMA
17-08-2020 12:31
Baxış sayı:
2664

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə təkrar seçkilərin keçirilməyəcəyini bildirib.
“Belta” xəbər verir ki, Lukaşenko bu barədə bu gün Minsk Təkər Traktor Zavodunun (MZKT) işçiləri ilə görüşündə açıqlama verib.
“Heç vaxt təzyiq altında bir şey etməyimi gözləməyin. Heç bir təkrar seçki olmayacaq. Çünki nə MZKT, nə MAZ, nə də BELAZ olmayacaq, altı ayda hər şeyi məhv edəcəyik”, - deyə Lukaşenko qeyd edib.