​"Başqaları hərəkətə keçənə kimi Türkiyə addım atır" – ƏRDOĞAN ABŞ QƏZETİNƏ MƏQALƏ YAZDI

Baxış sayı:
430

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “The Wall Street Journal” qəzetinə "Başqaları hərəkətə keçənə kimi Türkiyə addım atır" sərlövhəli məqalə yazıb.

Muxalifet.az xəbər verir ki, Ərdoğan Suriyada vətəndaş müharibəsi başlayandan bəri heç bir ölkənin yaşanan humanitar fəlakətin acılarını Türkiyə kimi hiss etmədiyini bildirib.

Türkiyənin 3.6 milyon Suriyalı qaçqını qəbul edərək, onların sağlamlıq və sığınacaq ehtiyaclarının həll edilməsi üçün 40 milyard dollar xərclədikyini qeyd edən Ərdoğan, "Qonaqpərvərlik mədəniyyətimizin gərəyi olaraq beynəlxalq toplumdan çox az dəstək alaraq, milyonlarla müharibə qurbanını müsafir etməyin öhdəsindən gəldik", - sözlərini ifadə edib.

Muxalifet.az