​Baş prokuror bu araşdırmanı xüsusi nəzarətə götürdü

Gəncə Şəhər Memarlıq və Şəhərsalma İdarəsində kommersiya sektorunun müdiri vəzifəsində işləyən şəhər sakini Gülnar Günəşli müraciəti ilə bağlı noyabrın 7-də baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən qəbul edilərək dinlənilib.
Muxalifet.az Baş Prokurorluğun saytına istinadla xəbər verir ki, Gəncə Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Məharət Mustafayev tərəfindən ləyaqətinin mütəmadi olaraq alçaldılması, hədələnməsi və ona qarşı yol verilmiş digər qanun pozuntuları ilə bağlı şikayətçinin göstərdiyi xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılması və qanunamüvafiq qərarın qəbul edilməsi üçün Gəncə Şəhər Prokurorluğuna müvafiq tapşırıqlar verilib.
Vətəndaşın müraciəti üzrə araşdırma baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.