Baş nazirdən çağırış: Makrona qarşı mübarizə aparaq!
10-01-2019 22:55
Baxış sayı:
7915
Fransa Prezidenti Emmanuel Makron miqrant tərəfdarı olan ölkələrin lideridir və ona qarşı mübarizə aparılmalıdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Macarıstan Baş naziri Viktor Orban deyib.
“Başqa ölkələrin liderləri haqqında hörmətlə danışırıq. Lakin Makronun miqrant tərəfdarı ölkələrin lideri olduğunu unutmamalıyıq. Onun istədiyi baş verərsə, bu, Macarıstan üçün pis olar”, - deyə baş nazir bildirib.