Bakının mərkəzində "Jeep" ağır qəza törətdi: QADIN ÖLDÜ

Baxış sayı:
4774

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az bildirir ki, gecə saatlarında Səbail rayonu, Əhəd Yaqubov küçəsində "Jeep" markalı, 10 OE 003 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçən qadını vurub. Ağır xəsarət alan piyada hadisə yerindəcə keçinib. Ölən qadının 50-55 yaşlarında olduğu bildirilir. Hazırda onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi açılıb.