​Bakının hava limanı dünyada neçəncidir?

Baxış sayı:
12457

Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanı dünyanın ən gözəl 14 aeroportu sırasında yer alıb.
Muxalifet.az-ın məlumatına görə, bu, ABŞ-ın nüfuzlu “Curbed” daşınmaz əmlak bloqları şəbəkəsininin reytinqində əks olunub.
Məqalədə qeyd olunur: “Azərbaycanın paytaxtında yerləşən Heydər Əliyev Beynəlxalq Hava Limanı nəhəng barama şəkilli komplekslərdən ibarətdir. Hər baramada kafelər, mağazalar və uşaq meydançaları kimi obyektlər yerləşir. Bu aeroport ildə 5 milyondan çox sərnişinə xidmət edə bilər”.
Reytinqdə yer alan digər aeroportlar Denver, Madridin Baraxas, Kansay, Pekin, Çatrapati Şivaci, Kuala-Lumpur, Mərakeşin Menara, Kutaisi, Şençjen Baoan, Pulkovo, “Kraliça Aliyə”, Çanqi və Samui hava limanlarıdır.