Bakıda "Gelandewagen"in əzdiyi maşınlar - VİDEO

Baxış sayı:
5020

Xəbər verdiyimiz kimi, Bakının Nəsimi rayonu, 6-cı mikrorayon, Cavadxan küçəsində "Gelandewagen" markalı avtomobil parklanma yerində yüksək sürətlə hərəkət edərək 12 maşına ciddi  ziyan vurub.
Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda "Gelandewagen" markalı avtomobilin vurduğu maşınlar hadisə yerindən aparılmayıb.
Sakinlərin verdiyi məlumata görə, hazırda polis tərəfindən saxlanılan "Gelandewagen"nin sürücüsü həmin binada kirayə qalır. Avtomobil özünə məxsus olmayıb. Sürücü qəzanı törədərkən sərxoş vəziyyıtdə olub.
Faktla bağlı araşdırma aparılır.